Bakı bulvarında qeyri-adi konsert baş tutacaq. Bu haqda bu gün, 25 aprel tarixində Bakuplus.az Bakcell-ə istinadən xəbər verir.
Kukla teatrının arxasındakı sahədə bu gün konsert baş tutacaq. Tədbirdə Röya, Miri Yusif, Tünzalə Ağayeva, “Natiq” Ritm Qrupu və Murad Arif kimi məşhurlar iştirak edəcəklər.
Bundan əlavə, qonaqları robot-humanoid qarşılayacaq. Həmçinin tədbirdə müxtəlif hədiyyələr olacaq.
Konsert 25 aprel saat 18:00-da start götürəcək. Giriş sərbəstdir.
View this post on Instagram