top
“Bununla heç bir alim ailə dolandıra bilməz” – Misir Mərdanov maaşını açıqladı
17 may 2025, 00:38
- ↺ +

“Bununla heç bir alim ailə dolandıra bilməz” – Misir Mərdanov maaşını açıqladı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Əməkhaqqı məsələsi ən ciddi problemdir. Məsələn, mənim aylıq əməkhaqqım 1370 manatdır, digərlərinin əməkhaqqı 600-900 manatdır”.

Bunu keçmiş təhsil naziri, Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov azpolitika.az-a müsahibəsində deyib.

O qeyd edib ki, hazırda İnstitutda 180 nəfər çalışır, onlardan 117 nəfəri elmi işçi, qalanları isə köməkçi heyətə daxildirlər: “Professorların maaşı 1000 manata yaxındır. Aydındır ki, bu maaşla heç bir alim ailə dolandıra bilməz, ona görə də onlara qanunvericiliyin tələbinə uyğun olaraq digər müəssisələrdə yarım ştat işləməyə imkan verilir. Onu da qeyd edim ki, son bir ildə Elm və Təhsil Nazirliyi çox vacib və müsbət bir qərar qəbul edib. Nüfuzlu beynəlxalq elmi jurnallarda dərc olunan məqalələrə görə alimlərə aylıq mükafatlar verilir. A, B, C kateqoriyalı sistem formalaşıb. A qrupuna düşən alimə ayda 1300 manat, B qrupuna görə 1000 manat, C qrupuna görə isə 650 manat əlavə ödəniş edilir. Təbii ki, bu məqalələr nüfuzlu bazalarda yer alan jurnallarda çap olunmalıdır. Bu sahədə institutumuz ilk sıralardadır. Məsələn, son aylarda 30-dan çox əməkdaş bu mükafata layiq görülüb”.

Misir Mərdanov təhsil naziri Emin Əmrullayevin “İndiki problemlər 20 il əvvəl yol verilən nöqsanlarla bağlıdır” fikrinə belə münasibət bildirib: “Bu məsələni nazirlə müzakirə etmişik. Dediyinə görə, jurnalistlər onun fikrini təhrif ediblər. 20 il əvvəl ölkəmizdə bütün sahələrdə, o cümlədən təhsil sahəsində də çox ciddi problemlər var idi. Azərbaycanda 50-dən çox özəl universitet var idi. O zaman ümummilli lider məni nazir təyin edəndə demişdi ki, bu sahədə nizam-intizam yaratmaq lazımdır. Mənə qədər həmin universitetlər artıq fəaliyyətə başlamışdılar, onlara lisenziya verilmişdi. Amma mənim nazirliyim dövründə onların sayı 12-yə endirildi. Bu, çox çətin idi. Çünki hər birinin arxasında nüfuzlu və imkanlı şəxslər dayanırdı. Onlara qarşı mübarizə aparmaq asan deyildi, amma biz bu sayı minimuma endirə bildik. Həmin universitetləri bitirənlərin diplomlarının qanunsuz olması ilə bağlı konkret qərar yox idi. Biz qərara gəldik ki, diplom yalnız TQDK-nın yolu ilə qəbul olunan tələbəyə verilsin. O vaxtlar bəzi universitetlər özləri imtahansız tələbə qəbul edirdilər. Eyni zamanda, o dövrdə Qərbi Azərbaycandan təxminən 300 min insan köç etmişdi. Onların içində müəllim də vardı, şagird də. Onların yerləşdirilməsi məsələsi asan deyildi. Həmçinin, Qarabağdan da 700 minə yaxın insan məcburi köçkün düşmüşdü. Hesab edirəm ki, bu gün yaranmış imkanlardan səmərəli istifadə etməli, problemlərin həlli üzərində dayanmalıyıq. Yoxsa keçmişə dönüb kiminsə günahını axtarmaqla heç nəyə nail olmaq olmaz”.

Son xəbərlər

Aktual Xəbərlər
Dünən, 15:14

Azərbaycanda Apple istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Xəbər
Dünən, 14:24

Bakıda maşın velosipedçini vurdu - ÖLƏN VAR

Xəbər
Dünən, 13:06

"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - DEPUTAT

Xəbər
Dünən, 12:26

5 milyon manatlıq qaçaqmalçılıqda ittiham olunan gömrükçü ev dustaqlığına buraxıldı

Xəbər
Dünən, 09:51

Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb

Xəbər
Dünən, 09:45

Möhlət Müslümov: "İndiki müğənnilər inkubator cücələri kimi bir-birinə oxşayır"

Xəbər
Dünən, 09:32

"Söyüş söydü, mən də onu 4 dəfə bıçaqla vurdum" - Bakıda dostunu öldürənin MƏHKƏMƏSİ

Xəbər
Dünən, 09:06

Bu gün hava necə olacaq?

Xəbər
30 oktyabr 2026, 17:54

Bakı–Tbilisi–Bakı marşrutu üzrə gündəlik qatar reyslərinin sayı 4-ə çatdırılır - VİDEO

Xəbər
30 oktyabr 2026, 17:49

FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilir

Xəbər
30 oktyabr 2026, 17:31

Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqlənib

Siyasət
30 oktyabr 2026, 16:45

İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİYAHI

Xəbər
30 oktyabr 2026, 16:43

Telefonda yüksək səslə danışdı, ona baxan şəxsi döydü

Xəbər
30 oktyabr 2026, 16:28

Bakıda noyabr ayında hava necə olacaq? – PROQNOZ

Aktual Xəbərlər
30 oktyabr 2026, 15:46

"İnci" uşaq bağçasında azyaşlı uşağın döyüldüyü iddia olunur

Siyasət
30 oktyabr 2026, 14:27

Azərbaycan və Gürcüstan Baş nazirləri arasında görüş keçirilib

Xəbər
30 oktyabr 2026, 14:26

"Green Card" qeydiyyatının başlanma tarixi yenidən təxirə salındı

Xəbər
30 oktyabr 2026, 12:37

Öləcəyi günü əvvəlcədən bildi, efirlərə çıxışı qadağan olundu, oxuduğu mahnılara görə həbs edildi...

Xəbər
30 oktyabr 2026, 12:09

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib - FOTO

Xəbər
30 oktyabr 2026, 11:46

Narkotik istifadə edən avtobus sürücüsü həbs olunub

Xəbər
30 oktyabr 2026, 10:18

"20 Yanvar"-"Şamaxinka" aralığındakı dayanacaqdan daha 4 marşrut çıxarılır

Xəbər
30 oktyabr 2026, 09:39

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Xəbər
30 oktyabr 2026, 09:34

Elman Nəsirovun keçmiş arvadı olduğu deyilən qadın dispanserə yerləşdirildi

Aktual Xəbərlər
29 oktyabr 2026, 17:55

Bakıda məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib

Oxşar xəbərlər