“Buta Airways” bugünkü Bakı-Kiyev-Bakı reysini ləğv edib. Bu haqda 24 fevral tarixində aviaşirkət məlumat verib.
Azərbaycanın "Buta Airways" aviaşirkəti Bakı-Kiyev-Bakı marşrutu üzrə bugünə olan reysini ləğv edib. Bu qərar Ukraynanın hava məkanı hüdudlarında mülki təyyarələrin uçuşlarının məhdudlaşdırılması ilə bağlıdır.
Bu marşrut üzrə bilet almış sərnişinlər onları digər tarixlərə dəyişdirə, ya da cərimə tətbiq edilmədən geri qaytara bilərlər.