Aşağıbüdcəli “Buta Airways” şirkəti 15 mart tarixindən etibarən Bakı-Mahaçqala istiqaməti üzrə uçuşlar yerinə yetirəcək. Bu haqda bu gün, 3 mart tarixində Bakuplus.az şirkətin mətbuat xidmətinə istinadən məlumat verir.
Uçuşlar hər həftənin bazar ertəsi, çərşənbə və cümə günləri həyata keçiriləcək. Biletlərin qiyməti “Budget” sinfə 88.69 manat, “Standart” sinfə 106.8 manat, “Super” sinfə isə 143.01 manat dəyərində təşkil edir.
Biletləri aviaşirkətin www.butaairways.az internet səhifəsindən və yaxud mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.