“Buta Airways” şirkəti Bakıdan yeni reys açır. Mayın 4-dən aviaşirkət Bakı-Trabzon-Bakı marşrutu üzrə uçuşlara başlayır. Bu haqda bu gün, 7 mart tarixində Bakuplus.az şirkətin mətbuat xidmətinə istinadən məlumat verir.
Uçuşlar həftədə iki dəfə - cümə axşamı və bazar günləri planlaşdırılır.
Bu istiqamətə biletləri aviadaşıyıcının www.butaairways.az saytından və ya “Buta Airways” mobil tətbiqi vasitəsilə əldə etmək olar.