Vətən Müharibəsi Qəhrəmanı polkovnik Anar Mirzəyev Cəmşid Naxçıvanski adına Hərbi liseyin rəisi təyin edilib. Bu haqda bu gün, 20 iyul tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən məlumat verir.
Bununla bağlı müvafiq əmr imzalanıb.
Anar Mirzəyev 2022-ci ildə liseyin rəis müavini vəzifəsinə təyin olunmuşdu.
O, Hərbi liseyin rəisi vəzifəsi vakant olduğundan, həm də rəis vəzifəsini icra edirdi.