C.Naxçıvanski adına hərbi liseydə dəyişikliklər baş verib. Bu haqda bu gün, 28 sentyabr tarixində Report.az məlumat yayıb.
General-mayor Bəkir Orucov liseyin rəisi vəzifəsindən azad olunaraq Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi təyin edilib.
Hal-hazırda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi vəzifəsini Saday Balayev icra edir.