Prezident İlham Əliyev yeni Sərəncam imzalayıb.
Bakuplus.az Prezidentin mətbuat xidmətinə istinadən xəbər verir ki, dövlət başçısı Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, cəzaçəkmə müəssisələrində mövcud infrastrukturun təkmilləşdirilməsinə dair fəaliyyət planının layihəsi 6 ay müddətində hazırlanmalı və Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməlidir.
Aidiyyəti dövlət orqanları isə Sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.