Cavanşir körpüsünün yerində asfaltlama işləri aparılır. Bu haqda bu gün, 18 iyul tarixində Bakuplus.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Körpünün sökülmüş hissələrinin ərazidən daşınması yekunlaşıb. Daha sonra ərazidə yararsız qruntun qazılaraq çıxarılması, kommunikasiya xətlərinin köçürülməsi, ardınca əks-dolğu işləri icra olunaraq yeni yol yatağının inşası istiqamətində işlər aparılıb. Hazırda burada asfaltlama işləri aparılır.