Paytaxtın Xətai rayonunda Cavanşir körpüsünün sökülməsi prosesi başa çatmaq üzrədir. Bu haqda bu gün, 18 iyun tarixində Bakuplus.az Xəzər Xəbər-ə istinadən məlumat verir.
İstismar müddəti başa çatdığı üçün nəqliyyat vasitələri üçün təhlükə mənbəyinə çevrilən körpünün sökülməsi xüsusi texnika vasitəsilə həyata keçirilir.
Verilən məlumata görə, artıq körpünün dəmir-beton konstruksiyaları sökülüb və ərazi tullantılardan tam təmizlənib.
Həmçinin qeyd olunub ki, havaların yağmursuz keçməsi səbəbindən layihə vaxtından əvvəl başa çatdırılacaq.
Ətraflı süjetdə: