Paytaxtın Xətai rayonu ərazisində yerləşən Cavanşir körpüsünün söküntü işləri başa çatıb. Bu haqda bu gün, 26 iyun tarixində Bakuplus.az Oxu.az-a istinadən məlumat verir.
İşlər xüsusi texnikalar vasitəsilə həyata keçirilib.
62 il öncə inşa olunan körpü həmin dövrün nəqliyyat axınına hesablanmışdı. Bu gün isə bu axın dəfələrlə çox olduğundan tikilinin konstruksiyasında problemlər yaranıb. Belə ki, körpünün dayaqlarında çatlama, dağılma və korroziya aşkarlanıb, yol ötürücüsü nəqliyyat vasitələri üçün təhlükə mənbəyinə çevrilmişdi.