Cavanşir körpüsünün yerləşdiyi ərazidə yeni yol infrastrukturunun yaradılması istiqamətində işlər yekunlaşır. Bu haqda bu gün, 31 iyul tarixində Bakuplus.az Xəzər Xəbər-ə istinadən məlumat verir.
Artıq asfaltlanma işləri yekunlaşıb, piyadalar üçün səkilər salınıb. Hazırda bordürlər quraşdırılır.
Ayırıcı zolaqlarda və yol kənarlarında da abadlıq işləri aparılır, yaşıllaşdırma əraziləri yaradılır. İşlərin tərtib olunmuş qrafikə uyğun yaxın vaxtlarda yerinə yetirilib yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.