Cavanşir körpüsü tam sökülüb. Bu haqda bu gün, 7 iyun tarixində Bakuplus.az Xəzər Xəbərə istinadən məlumat verir.
Bir neçə həftə öncə söküntüsünə başlanan “Qaqarin” körpüsü tam olaraq sökülüb. Bildirilir ki, hazırda ərazidə yerin qazıntısı işləri aparılır. Layihəyə əsasən, ərazidə yaşıllıq və piyadalar üçün şərait də yaradılacaq.
İşlərin 4 ay ərzində bitməsi planlaşdırılır.