Əməkdar artist Cavanşir Məmmədovun qızı Xatirə Məmmədovanın keçmiş həyat yoldaşı Mustafa Kemal İbilinin məhkəməsi başa çatıb. Bu haqda bu gün, 24 iyul tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən məlumat verir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakiminin hökmünə əsasən, dələduzluqda təqsirli bilinən Mustafa Kemal İbili 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalındaca həbs olunub.
Türkiyə vətəndaşı Mustafa Kemal İbili Cavanşir Məmmədov və ailə üzvlərinin külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilib. İbili isə əksinə, özünün zərərçəkmiş olduğunu bildirib.