“Cinema Plaza” MMC cəzalandırılıb. Bu haqda bu gün, 15 avqust tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
"Cinema Plaza" MMC əmək hüquqlarının pozulması səbəbi ilə Səbail Rayon Prokurorluğunda araşdırılıb. Araşdırma zamanı əmək müqaviləsi olmadan işə cəlb etmə faktı aşkar edilib.
MMC İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə 20 min manat cərimə olunub. Şirkətin direktoru Nəsimi Tağıyev isə eyni maddə ilə 4 min manat cərimə edilib. Cərimələr aidiyyəti məhkəmə və Dövlət Əmək Müfəttişliyi Xidmətinin qərarları ilə müəyyən edilib.