Bakıda keçiriləcək COP29-a könüllü qeydiyyatına start verilib. Bu haqda bu gün, 29 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) üçün könüllülük proqramı istifadəyə verilib.
Belə ki, tədbirdə könüllü kimi iştirak etmək istəyən şəxslər "volunteers.cop29.az" platformasından onlayn qeydiyyatdan keçə bilərlər.
Uğur qazanan namizədlər bacarıq və səriştələrinin artırılması, həmçinin rol təlimlərinə cəlb olunacaqlar.