COP29 Əməliyyat Şirkəti şadlıq sarayları ilə bağlı açıqlama verib. Bu haqda bu gün, 1 avqust tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Bakıda keçiriləcək COP29 ilə əlaqədar paytaxtdakı şadlıq saraylarında toyların keçirilməsinin təxirə salınması barədə yayılan məlumatlar əsassızdır.
"Yayımlanan xəbərlər həqiqəti əks etdirmir. Bildiririk ki, Azərbaycanın ev sahibliyi edəcəyi COP29 konfransı ilə bağlı şadlıq saraylarında toy mərasimlərinin keçirilməsinə dair məhdudiyyətin tətbiq edilməsi barədə aidiyyəti qurumlar tərəfindən hər hansı göstəriş verilməmişdir. İctimaiyyəti yalnız rəsmi mənbələrə istinad edən xəbərləri nəzərə almağa çağırırıq", – deyə COP29 Azərbaycan Əməliyyat Şirkətindən bildirilib.