COP29 ilə bağlı elektron vizaya müraciət edən ölkələrin sayı açıqlanıb.
Bakuplus.az Report-a istinadən xəbər verir ki, Azərbaycanda COP29-a qatılmaq üçün elektron viza müraciəti edən ölkələrin sayı 100-ü keçib.
Bununla bağlı COP29 Azərbaycan Əməliyyat Şirkətinin əməkdaşı Ayan Nəcəf yerli media nümayəndələrinə deyib.
Bundan əlavə o, yerli media nümayəndələrinin akkreditasiya haqqında sənədi noyabrın 1-də əldə edə biləcəklərini vurğulayıb.