Azərbaycanda keçiriləcək COP29 zamanı qonaqların rezervasiyası üçün onlayn platforma hazırdır. Bu haqda bu gün, 23 may tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
COP29 zamanı xarici qonaqların yerləşdirilməsi və turizm imkanları üçün rezervasiya platforması bu gündən etibarən fəaliyyət göstərir.
Saytda həm hoteli seçmək, həm də tədbirlərin keçiriləcəyi məkanlar haqda məlumat almaq mümkün olacaq. Sözügedən platforma ilə COP29.az saytı vasitəsilə tanış olmaq mümkündür.
Dövlət Turizm Agentliyi sədrinin müavini Azadə Hüseynova deyib ki, hotellərin və digər xidmətlərin qiymətlərinə agentlik hər hansı formada müdaxilə etmir:
“Sadəcə bu subyektlərə ötən COP tədbirləri zamanı digər ölkələrdə təklif olunan qiymətlərin necə tənzimlənməsi haqda məlumatlar verilib”, – deyə o qeyd edib.