COP29-da ölkə pavilyonlarının təşkili üzrə müraciətlərin qəbuluna start verilib. Bu haqda bu gün, 25 aprel tarixində Bakuplus.az COP29 Azərbaycan Əməliyyat Şirkətinə istinadən xəbər verir.
Ölkələr rəqəmsal platforma olan “COP29 nümayəndəlik xidmətləri portalı”ndan istifadə edəcəklər. Onlar bütün zəruri əlavə xidmətləri seçə biləcəklər.
Həmçinin Konfransa hazırlıq prosesində Çərçivə Konvensiyasına daxil olan Avropa Birliyi olmaqla - 198 nümayəndə heyətinin ölkə pavilyonları və ofis məkanları təşkil olunacaq.
Təşkilatda COP tədbirlərində geniş təcrübəyə sahib olan “Orientations.events” şirkəti tərəfdaş kimi çıxış edir.