ADA Universitetində COP29 ilə bağlı seminar keçirilib. Bu haqda bu gün, 22 may tarixində Bakuplus.az Azərtac-a istinadən xəbər verir.
Belçikanın ölkəmizdəki səfirliyinin və Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin təşkilatçılığı ilə ADA-da Avropa və Cənubi Qafqaz perspektivindən iqlim fəaliyyətləri üçün imkanlar və çətinliklər mövzusunda seminar keçirilib.
Tədbirdə davamlı gələcək, yaşıl iqtisadiyyat, enerji və iqlim məsələləri müzakirə edilib.
Seminarda ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva, ADA Universitetinin prorektoru, İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə, Belçika Krallığının Azərbaycandakı səfiri Mişel Pitermans, Macarıstanın Azərbaycandakı səfiri Tamaş Yojef Torma, Avropa İttifaqının Azərbaycandakı nümayəndə heyəti rəhbərinin müavini Zoltan Salay, Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze, BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreeva və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müşaviri Əsəd Şirinov iştirak ediblər.