COP29 könüllülük proqramı üzrə müsahibələr yekunlaşıb. Bu haqda bu gün, 27 iyul tarixində Bakuplus.az Reporta istinadən xəbər verir.
Ümumilikdə 10.000-dən çox müsahibənin baş tutduğu və 7000 namizədin bu prosesdən uğurla keçdiyi vurğulanıb.
“Qəbul edilən namizədləri təbrik edir, iştirak edən hər bir kəsə minnətdarlığımızı bildiririk. Yaşıl dünya naminə bizimlə həmrəy olduğunuz üçün çox şadıq!”, – deyə təşkilatdan bildirilib.