COP29 zamanı hərbi əməliyyatlar dayandırıla bilər. Bu haqda bu gün, 6 may tarixində Bakuplus.az AzTV-yə istinadən xəbər verir.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Observer” qəzetinə müsahibə verib. O, Bakıda keçiriləcək COP29 zamanı dünyada hərbi əməliyyatların dayandırıla biləcəyini qeyd edib.
“Biz müxtəlif tərəfdaşlarla Olimpiada zamanı olduğu kimi, COP29 müddətində də atəşkəs haqqında müzakirələr aparırıq. Ancaq müzakirə ilkin mərhələdədir”, – deyə Hikmət Hacıyev vurğulayıb.
Nəşrdən verilən məlumata görə, dünyanın əksər ölkələri Yay və Qış Olimpiya Oyunları zamanı atəşkəs barədə razılığa gəlir.