COP29-un rəsmi saytı fəaliyyətə başlayıb. Bu haqda bu gün,1 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) rəsmi saytı istifadəyə verilib.
Burada COP29-un əhəmiyyəti barədə məlumat verilib. Həmçinin COP29-un Təşkilat Komitəsinin üzvləri barədə məlumatlar yer alıb. Saytın “Tez-tez soruşulan suallar” bölməsində isə vətəndaşları maraqlandıran suallara cavablar da yer alıb.
Cari ilin noyabr ayında Bakı COP29-a ev sahibliyi edəcək. Konfrans Bakı Olimpiya Stadionunda baş tutacaq.