BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində ADA Universitetində iqlim dəyişikliyi ilə bağlı yay düşərgəsi təşkil olunacaq. Bu haqda bu gün, 5 avqust tarixində Bakuplus.az COP29-un “X” sosial şəbəkəsindəki hesabına istinadən məlumat verir.
Düşərgə sabahdan etibarən avqustun 9-na kimi davam edəcək.
Nəzərdə tutulmuş tədbir beynəlxalq müəllimləri iqlim dəyişikliyi ilə bağlı məsələləri öz tədris proqramlarına daxil etmək üçün ruhlandıracaq.
The COP29 Presidency and Youth Climate Champion @leylahasanova21 are excited to announce the “Climate Change Summer Camp” held from August 6 – 9, 2024 in Baku. The Camp will train and inspire international educators on incorporating climate change in their teaching and learning. pic.twitter.com/97K6aoVnIm
— COP29 AZ (@COP29_AZ) August 5, 2024