COP29 çərçivəsində tərəfaşlıqlar genişləndirilməkdə davam edir. Bu haqda bu gün, 4 may tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Komissiyasının qonşuluq və genişlənmə danışıqları üzrə baş direktoru Gert Yan Kopman ilə görüşüb.
Görüşdə Avropa İttifaqının (Aİ) 2021-2025-ci illər üzrə Şərq Tərəfdaşlığı prioritetləri çərçivəsində İqtisadi və İnvestisiya Planının Azərbaycanda icrası, COP29 çərçivəsində Avropa İttifaqı ilə tərəfdaşlıq, Aİ ilə ümumi əməkdaşlıq istiqamətləri kimi bir sıra məsələlər müzakirə edilib.