GECF baş katibi COP29 ilə bağlı danışıb. Bu haqda bu gün, 5 iyun tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) baş katibi Mohamed Hamel “Bakı Enerji Forumu"nun birinci günündə çıxışı zamanı COP29 ilə bağlı danışıb:
“Əminliklə bildirirəm ki, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayevin rəhbərliyi altında tədbir böyük uğur qazanacaq. Burada məxsusi olaraq addımlar və alınacaq qərarlar enerji keçidi və digər məqamlarda böyük rol oynayacaq", – deyə o, qeyd edib.