COP29-un üzvləri Çili nümayəndələri ilə görüşüblər. Bu haqda bu gün, 27 aprel tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) təşkilat komitəsinin üzvləri Çilinin Ətraf Mühit naziri Maisa Roxasla görüş keçirib.
COP-un əvvəlki təşkilatçısı kimi, Çili Bakıda COP29 üçün iş prosesinin qurulmasında tərəfdaş olacaq.