COP29 və BMT-nin rəhbərləri görüşüblər. Bu haqda bu gün, 23 aprel tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
COP29-un prezidenti Muxtar Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti BMT-nin Baş katibi Antoniu Quterreşlə görüşüb.
“Biz tərəfləri bir araya gətirmək, keçmiş vədlərin hamısının yerinə yetirilməsini təmin etmək və 1,5 dərəcəlik istiləşməni saxlamaq məqsədilə hərəkətə keçmək üçün birlikdə işləmək əzmindəyik”, – deyə COP29-un sosial şəbəkə hesabındakı paylaşımda qeyd olunub.
[caption id="attachment_135928" align="alignnone" width="640"]
Foto açıq mənbədən[/caption]