COP29-un prezidenti Rusiya Elmlər Akademiyasının nümayəndələri ilə görüşüb. Bu haqda bu gün, 8 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
COP29-un prezidenti Muxtar Babayev Moskvada Rusiya Elmlər Akademiyasının nümayəndə heyəti ilə görüş keçirib.
Bununla bağlı COP29-un “X” sosial şəbəkə hesabında məlumat paylaşılıb.
“Rusiya Elmlər Akademiyası Xəzər dənizində yaşayış mühitinin mühafizəsi üçün innovativ həllər nümayiş etdirib. Dünyanın hidroloji dinamikada irəliləyişlərdən tutmuş vəhşi təbiətin tədqiqinə qədər effektiv tədbirlər görmək üçün ambisiyalı ideyalara və tərəfdaşlığa ehtiyacı var”, – deyə paylaşımda qeyd olunub.
The Russian Academy of Sciences in Moscow showcased innovative solutions to protect homes and habitats in the #Caspian Sea. From advancements in hydrological dynamics to wildlife studies, the world needs #ambitious ideas and partnerships to deliver effective, #inclusive action. pic.twitter.com/AydJudobQQ
— COP29 AZ (@COP29_AZ) May 8, 2024