Koronavirus xəstələrinə yardım göstərən tibb işçilərinin əməkhaqqılarına əlavənin müddəti uzadılıb. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Bu haqda bu gün, 15 iyul tarixində Bakuplus.az xəbər verir.
Bakı Şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində COVİD-19-a yoluxmuş şəxslərə ambulator yardım göstərən tibb işçilərinə müavinətin ödənilməsi müddəti okyabrın 1-dək uzadılıb.
Daha öncə bu müddət iyulun 1-dək uzadılmışdı.