Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Prezident İlham Əliyevin himayəsi ilə noyabrın 4-6-da Azərbaycanın paytaxtında “COVID-19-dan sonra dünya” mövzusunda növbəti Bakı Qlobal Forumu keçiriləcək.
VIII Bakı Forumunda 40-dan çox ölkənin yüksək səviyyəli nümayəndələri, keçmiş dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər yüksək səviyyəli qonaqlar qlobal əhəmiyyətli məsələləri müzakirə edəcək. Hibrid formatda canlı və onlayn keçiriləcək tədbirə 300-ə yaxın qonağın qatılacağı gözlənilir.
Panellər şəklində təşkil olunan tədbir çərçivəsində “Şərq Tərəfdaşlığı və onun imkanları”, o cümlədən Avropa İttifaqı, Balkanlar və Cənubi Qafqazdakı vəziyyət mövzusunda müzakirələr aparılacaq.