COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb. Bu haqda bu gün, 16 aprel tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilməsi 1 iyul tarixinə qədər uzadılıb.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.