Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Azərbaycana dəstək verməyə hazırdır. Bu haqda bu gün, 25 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
ABŞ Prezidenti Cozef Bayden Azərbaycan Prezidenti İlham Əliyevə Müstəqillik Günü münasibətilə ünvanladığı təbrik məktubunda COP29 çərçivəsində dəstək verməyə hazır olduğunu bildirib.
“Prezidentliyinizin beşinci müddətinin başladığı bir vaxtda Amerika Birləşmiş Ştatları regional və qlobal məsələlərdə, o cümlədən iqlim dəyişikliyi və yaşıl enerjiyə keçid sahəsində qarşılıqlı əməkdaşlığımızı dərinləşdirməyə səy göstərəcək. Biz Azərbaycanı demokratik idarəetmənin gücləndirilməsi və bütün azərbaycanlıların insan hüquqları və fundamental azadlıqlarının qorunması üçün əsaslı addımlar atmağa dəvət edirik. Biz noyabrda Bakıda keçiriləcək COP29 çərçivəsində iqlimlə bağlı birgə məqsədlərimizin irəlilədilməsini arzulayırıq və tədbirin uğurla keçirilməsində Azərbaycana dəstək verməyə hazırıq”, – deyə o qeyd edib.