Saray qəsəbəsində baş vermiş ağır qəzadə xəsarət alan Xalq artisti Mehriban Zəki müalicə aldığı xəstəxanadan evə buraxılıb. Bu haqda bu gün, 1 aprel tarixində APA müğənni Turan Uğura istinadən məlumat verib.
Uğurun sözlərinə görə, Zəkinin səhhətində problem yoxdur.Hadisə 22 mart tarixində Abşeron rayonu ərazisində baş verib. Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin idarə etdiyi “Lexus” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb. Nəticədə Əliyev vəfat edib, sərnişinlər - Xalq artisti Mehriban Zəki yaralanıb, Əliyevin həyat yoldaşı, Əməkdar artist Dilarə Əliyeva isə yüngül xəsarətlər alıb.