Dövlət İmtahan Mərkəzi (DİM) İdarə Heyətinin sədrinə iki müavin təyin edilib. Bu haqda bu gün, 24 iyul tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Müvafiq əmrə əsasən, Məleykə Abbaszadəyə müavin vəzifəsinə Namiq Babayev və Bəhrəm Xəlilov təyin ediliblər.
İyulun 23-də Prezident İlham Əliyevin Fərmanı əsasında DİM-in Müşahidə Şurası yaradılıb, tərkibi təsdiqlənib. Məleykə Abbaszadə DİM-in İdarə Heyətinin sədri təyin edilib.