Taksi sürücüləri DİM-də imtahandan keçəcəklər. Bu haqda bu gün, 30 may tarixində Bakuplus.az xəbər verir.
Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadənin sözlərinə görə, ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülər peşə fəaliyyətinə və davranışına, habelə iş və istirahət rejiminin xüsusiyyətlərinə, taksi minik avtomobillərinin sürücüləri isə etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən aktlara dair xüsusi hazırlıq keçməlidirlər. Xüsusi hazırlığın nəticələrinin qiymətləndirilməsi Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçiriləcək.
İmtahanı keçən sürücülər 7 il qüvvədə olacaq sənəd əldə edəcəklər.