Ötən gün sosial şəbəkələrdə futbolçu Elvin Cəfərquliyevin “Neftçi” - “Qarabağ” oyunundan sonra saxlanılması barədə məlumat yayılıb. Daxili İşlər Nazirliyinin rəsmisi Anar Qafarovun sözlərinə görə, bu məlumat həqiqəti əks etdirmir. Bu haqda bu gün, 9 oktyabr tarixində Bakuplus.az məlumat verir.
Oyundan sonra Cəfərquliyev çantasının oğurlanması barədə stadionda polisə məlumat verib. Stadiona azarkeş kimi gələn futbolçunun çantasını oğurlayan şəxs polis tərəfindən müəyyən edilərək saxlanılıb və çanta sahibinə qaytarılıb.
Daha sonra Cəfərquliyev zərərçəkmiş şəxs qismində izahat almaq üçün polis şöbəsinə dəvət olunub. Araşdırmalar davam edir.