Daxili İşlər Nazirliyi (DİN) vətəndaşları aldanmamağa çağırır.
Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, yaxın qohumlarının xəstə, müalicəsinə təcili pul lazım olması adı ilə vətəndaşlara, xüsusən yaşlı nəslin nümayəndələrinə xaricdən ev telefonları vasitəsilə zənglər olunur. Hətta süni intellekt vasitəsilə səslər eyniləşdirilir və onlara yaxın qohumlarının başına bədbəxt hadisə gəldiyini bildirib, yardım göstərilməsi üçün pul tələb edilir.
“Bir daha çağırış edirik ki, bu hallarla bağlı vətəndaşlar diqqətli olsunlar, daxil olan zənglər üzrə verilən məlumatları dəqiqləşdirsinlər, tanımadıqları şəxslərə qəti şəkildə pul vəsaitləri verməsinlər”, - deyə qurumdan bildirilib.