Daxili İşlər Nazirliyi “Hədiyyə qazandınız” kimi anidən gələn gözlənilməz mesajlara inanmamağa cağırır. Bu haqda bu gün, 22 sentyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
"Sosial media, elektron poçt və ya SMS vasitəsilə göndərilən "Linkə keçid et, hədiyyə qazan" və fişinq məqsədi daşıyan saxta internet saytlarından ehtiyatlı olun. Belə linklərə klikləməyin, şəxsi məlumatlarınızı paylaşmayın, heç bir ödəniş etməyin", – müraciətdə bildirilir.