Sükan arxasında telefon işlədənlərə müraciət olunub. Bu haqda bu gün, 29 avqust tarixində Bakuplus.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir.
"Bəzi sürücülərin sükan arxasında mobil telefondan istifadə etməsi yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur. Hətta elə hallar olub ki, piyada piyada keçidindən istifadə edən zaman fikri mobil telefona qarışan sürücü tərəfindən vurulub”, – deyə paylaşımda bildirilib.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərin bu istiqamətdə maarifləndirilməsi məqsədilə videoçarx hazırlayıb.
[video width="1280" height="720" mp4="https://bakuplus.az/storage/photos/2023/08/video_2023-08-29_11-21-18.mp4"][/video]