29 oktyabr tarixində Bakıda “Zəfər” Yarmarkası keçiriləcək.
Trendə əsasən yarmarka Dənizkənarı Bulvarda təşkil olunacaq. Tədbir Vətən müharibəsinə həsr olunacaq və yarmarkadan əldə olunan gəlir şəhid ailə üzvləri, yaralılara dəstək olmaq məqsədilə “YAŞAT” Fonduna ianə ediləcək.
“Zəfər” Yarmarkasında iştirak etmək istəyən şirkətlər 8110 nömrəsi ilə əlaqə saxlaya bilərlər.