Dünyaca məşhur DJ Bakıda çıxış edəcək. Bu haqda bu gün, 10 mart tarixində Bakuplus.az Bakı Şəhər Halqasına istinadən xəbər verir.
Məşhur musiqiçi DJ Hardwell “Formula 1” Azərbaycan Qran-prisi çərçivəsində Bakıya gələcək.
Konsert bulvar ərazisində yaradılacaq böyük səhnədə baş tutacaq.
“Biletlərin rekord həddə satıldığı bir vaxtda fanatları indidən onları əldə etməyə və yarış həyəcanını bizimlə birlikdə yaşamağa çağırıram", - deyə BŞH-nin mətbuat katibi Turab Teymurov bildirib.
DJ Hardwell elektronik musiqiləri ilə tanınır. O, “Tomorrowland” kimi dünya miqyaslı festivallarda çıxış edib.