Paytaxtda yerləşən “Dünyagöz” klinikası pulsuz xidmət göstərəcək. Bu haqda bu gün, 15 mart tarixində Report-a istinadən xəbər verir.
Tibb müəssisəsi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqavilə bağlayıb. Vətəndaş “TƏBİB”-in tabeliyindəki dövlət tibb müəssisəsi tərəfindən verilən göndəriş vərəqəsi əsasında qeyd olunan özəl klinikaya müraciət edərsə, xidmətlər sığorta tərəfindən qarşılanacaq.
“Dünyagöz” klinikasına göndərişsiz müraciət edən vətəndaşlar xidmətlərin qiymətini tam həcmdə öz vəsaiti hesabına ödəməlidir.