ENKA-nın törəmə şirkəti olan Türkiyənin “Çimtaş” şirkəti Bakıda dünyanın ən hündür bayraq dirəyini quraşdıracaq. Dirəyin hündürlüyü 191 metr təşkil edəcək. Bu haqda Bakuplus.az qurumun Facebook səhifəsinə istinadən məlumat verir.
Bayraq dirəyi diametri 2 metrdən 5,7 metrə qədər, çəkisi 13 tondan 230 tona qədər olan doqquz polad konusvari borudan, həmçinin ən yuxarıda yerləşdiriləcək fırlanan seqmentdən ibarət olacaq.
Bildirilir ki, bayraq dirəyinin istehsalına 2021-ci ilin sentyabrında başlanılıb. Aprel ayında şirkət onu Bakıya çatdıracaq.