Azərbaycanın Bayrağı Dövlət Bayrağı Meydanındakı yerinə qaytarılıb. Bu haqda bu gün, 2 avqust tarixində Bakuplus.az məlumat verir.
Müvafiq kadrlar sosial şəbəkələrdə yayılıb.
Daha öncə, 2022-ci ildə Bakıya Türkiyənin "Çimtaş" şirkətinin istehsalı olan 191 metr hündürlükdə dirəyin gətirildiyi barədə məlumat yayılmışdı və bir müddət idi meydanda işlər aparılırdı.
2007-ci ildə Dövlət Bayrağı Meydanının təməli qoyulmuşdu. Mərasim Prezident İlham Əliyevin iştirakı ilə keçirilmişdi.
On ildən sonra bayraq meydandan götürülüb. Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin şöbə müdiri Nazim Məcidov verdiyi açıqlamada Bayraq Meydanındakı dirəyin üst hissəsinin söküldüyünü, onun altında olan mexanizmin yoxlanıldığını bildirib.
[caption id="attachment_145528" align="alignnone" width="640"]
Foto Ölkə.az[/caption]