Azərbaycanda əhalinin sayı 10.163.176 nəfər təşkil edir. Bu haqda bu gün, 11 oktyabr tarixində Bakuplus.az Dövlət Statistika Komitəsinə istinadən məlumat verir.
Nəticələr sentyabr ayının 1-nə kimi qeydə alınıb.
Əhalinin ümumi sayında şəhər əhalisinin xüsusi çəkisi 54,6 faiz, kənd əhalisinin xüsusi çəkisi 45,4 faizdir. Onlardan 49,8 faiz kişilər, 50,2 faiz isə qadınlardır.