Azərbaycanın dövlət tibb müəssisələrində növbələrin qarşısının alınması üçün “randevu” sisteminin ilkin olaraq bu ilin sonunadək test rejimində işə salınması planlaşdırılır. Bu haqda bu gün, 4 noyabr tarixində Bakuplus.az Trend-ə istinadən məlumat verir.
İlkin olaraq bu sistemin “Yeni Klinika”da tətbiqi nəzərdə tutulur.
“e-Tabib” mobil tətbiqi vasitəsilə əvvəlcə gün, saat və həkim (ixtisas üzrə), daha sonra isə tibb müəssisəsi seçilir. Təsdiq edildikdən sonra ekranda qəbul nömrəsi əks olunacaq. Bir şəxs həm özü, həm də başqaları üçün onlayn növbə tuta biləcək.
Vətəndaş təyin olunmuş vaxtdan 15 dəqiqə əvvəl tibb müəssisəsinə gəlməli, növbə terminalına getməli və görüşü aktivləşdirməlidir.