Azərbaycanda Kiberdiplomatiya üzrə Tvinninq Mərkəzinə koordinator təyin edilib.
“Report” xəbər verir ki, bu vəzifə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədova həvalə olunub.
Bu barədə o, özü məlumat verib.
Xatırladaq ki, sentyabrın 24-də Dövlət Xidməti, İnkişaf və Diplomatiya İnstitutu və Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutu (“ICI Buxarest”) arasında Anlaşma Memorandumu imzalanıb. Memorandum, Azərbaycanda ilk dəfə təşkil olunmuş Kiberdiplomatiya üzrə Beynəlxalq Konfrans çərçivəsində imzalanıb.