Dövlət Yol Polisi ötən il ərzində qaçırılan avtomobillərin sayını açıqlayıb. Bu haqda bu gün, 3 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Belə ki, Bakı şəhəri üzrə 94 avtomobil qaçırılıb. Onlardan 92-si tapılıb. Araşdırmalar zamanı məlum olub ki, əsasən, sutkanın qaranlıq vaxtı yaşayış zonalarından kənarda, işıqlandırılmayan yol sahələrində olan avtomobillər oğurlanır. Onlar, əsasən, Rusiya Federasiyasının istehsalı olan, eləcə də istehsal ili köhnə olan nəqliyyat vasitələri olur.
Ümumilikdə 2022-ci il ərzində ölkə ərazisində 167 avtomobilin qaçırılması faktı aşkarlanıb. Onlardan 164-ü tapılıb.